Türkiyənin "Fənərbağça" klubu PSJ-nin məşhur futbolçusu Leyvin Kurzavanı transfer etməyə yaxındır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı son cinah müdafiəçisinin maliyyə şərtlərini qəbul etməyə hazırdır.
PSJ-nin əsas heyətinə düşməkdə çətinlik çəkən fransalı oyunçunun komandadan ayrılmaq istədiyi bildirilir.
Qeyd edək ki, Kurzava 2015-ci ildə "Monako"dan Paris təmsilçisinə transfer edilib.