"Beşiktaş" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi transfer edib. 

22 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

"Qara qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək.