"Barselona" və "Yuventus"un sabiq futbolçusu Martin Kaseres karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Fatih Karagümrük" 34 yaşlı uruqvaylıya təklif göndərib.
Oyunçuya 1.5 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Uruqvay millisinin üzvü karyerası ərzində "Vilyarreal", "Barselona", "Yuventus" və "Sevilya" kimi önəmli klubların şərəfini qoruyub. O, hazırda "Kaliyari"də çıxış edir.