"Beşiktaş" futbolçusu Aleks Teyşeyra ilə yolları ayıracaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb "qara qartallar"la mövsümün əvvəlində 2+1 illik müqaviləyə bağlayan 32 yaşlı "sambaçı"nın ona verilən ümidləri doğrulda bilməməsidir.
İstanbul nəhəngi qışda brazilyalı futbolçu ilə yolları ayıra bilmədiyi halda, oyunçunu mövsümün sonun da göndərəcək.
Teyşeyrayla ölkəsinin "Flamenqo" və "Palmeyras" klubları ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, Teyşeyra karyerası ərzində Ukraynada "Şaxtyor" ( Donetsk ) və Çində "Jianqsu" formaları geyinib.