"Beşiktaş"ın "Barselona"dan icarəyə heyətinə qatdığı Miralem Pyaniç İspaniyaya qayıtmaq istəmir.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı bosniyalı yarımmüdafiəçi "qara qartallar"da xoşbəxt olduğunu bildirib.
Mövsümün əvvəlində İstanbul nəhənginə keçən futbolçu yayda icarə müqaviləsi bitdiyindən Kataloniya klubuna qayıdacaq.
Qeyd edək ki, Pyaniç bu mövsüm "Beşiktaş" formasıyla 18 matçda 4 məhsuldar ötürmə edib.