"Qalatasaray"ın futbolçusu Olimpiu Morutan komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi 22 yaşlı rumıniyalı yarımmüdafiəçini icarəyə göndərə bilər. Adıçəkilən oyunçunun yenidən sabiq klubu "Styaua" ( Buxarest ) qayıdacağı gözlənilir.
Qeyd edək ki, Rumıniya millisinin üzvü bu mövsüm "cim-bom"un heyətində 30 matçda 4 qol və 4 məhsuldar ötürmə edib.