"Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub.

 Offsideplus.az "sarı-lacivərtlilər"in rəsmi saytına istinadən xəbər verir ki, İstabul nəhəngini bu mövsümün sonuna kimi 60 yaşlı İsmayıl Kartal çalışdıracaq.

O, daha əvvəl 2014/2015-ci illər aralığında "Fənərbağça"nın baş məşqçisi olmuşdu.