"Beşiktaş"ın futbolçusu Umut Meraş zədələnib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Super Liqanın 20-ci turunda "Rizəspor"la ( 2:2 ) matçda zədələnib.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.

Qeyd edək ki, Umut Meraş bu mövsüm "qara qartallar"la 19 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.