“Qarabağ”la yollarını ayırdıqdan sonra Türkiyənin “Erzurumspor” klubuna keçən İbrahim Şehiçin müqaviləsinin maliyyə detalları məlum olub.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı “mavi-ağlar”la ikillik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

30 yaşlı qolkiperin iyunun 12-də meneceri Fatih İleklə birlikdə İstanbula gedərək, rəsmi sözləşməyə imza atacağı gözlənilir.

2013 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.