"Qalatasaray" ilk transferini edib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi "Benfika"nın 22 yaşlı orta sahə oyunçusu Gedson Fernandesi heyətinə qatıb. Hər iki klub arasında razılaşma əldə olunub. Onunla 1.5 illik müqavilə bağlanacaq. "Cim-bom" portuqaliyalı futbolçuya görə, Lissabon təmsilçisiniə 1.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fernandes keçən mövsümün 2-ci yarısında da "Qalatasaray"da çıxış etmişdi.