"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, Super Liqa klubu "Lill"lə yollarını ayıran Mustafa Kapını transfer edib.19 yaşlı orta sahə oyunçusuyla 3.5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2020-ci ildə "Qalatasaray"dan "Lill"ə keçən türkiyəli futbolçu Liqa 1 təmsilçisinin əsas heyətində heç bir qarşılaşmada meydana çıxmayıb.