"Qalatasaray"ın futbolçusu Patrik van Aanholt koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı niderlandlı müdafiəçinin ölkəsində verdiyi testin nəticəsi müsbət çıxıb. O, karantinə alınıb.
Aanholt Super Liqanın 20-ci turunda "Girəsunspor"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm "cim-bom"la 29 görüşdə 1 qol və 2 məhsuldar ötürmə edib.