"Qalatasaray"ın müdafiəçisi Kristian Luyindama "Antverpen"ə keçəcək.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı konqolu futbolçu icarə əsasında belçika klubunda çıxış edəcək. Sözügedən oyunçunun İstanbul nəhəngi ilə 2024-cü ilə kimi sözləşməsi var.
Qeyd edək ki, Luyindama bu sezon 18 matçda 1 qola imza atıb.