Bir dönəm "Qalatasaray" forması geyinən Bafetimbi Qomis yenidən Türkiyəyə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçunu "Konyaspor" heyətinə qatmaq istəyir.
Hazırda Səudiyyə Ərəbistan klubu "Əl-Hilal"da çıxış edən fransalı oyunçunun müqaviləsi bu mövsümün sonu yekunlaşır.
Qeyd edək ki, Qomis daha əvvəl 2017/2018-ci illərdə "Qalatasaray"da top qovub.