"Qalatasaray" qış transfer pəncərəsi dövründə heyətini ulduz futbolçuyla gücləndirə bilər.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin ilk hədəfi yarımmüdafiə mövqeyinə oyunçu almaqdır.
"Cim-bom" bunun üçün "Tottenhem"in argentinalı yarımmüdafiəçisi Covanni Lo Çelsoyla təmasa keçəcək. 25 yaşlı futbolçu London klubunda oynamaq şansı az qazandığı üçün ayrılmağa müsbət yanaşır.
Sözügedən futbolçunun "mahmızlar"la sözləşməsi 2025-ci ildə başa çatır. O, bu mövsüm Premyer Liqada cəmi 8 matçda meydan çıxıb.
Qeyd edək ki, Lo Çelso Argentina millisinin heyətində də 36 qarşılaşmada 2 məhsuldar ötürməylə yadda qalıb.