"Everton"da çıxış edən Cenk Tosun "Beşikatş"a keçəcəyi ilə bağlı suala aydınlıq gətirib.

 Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu açıqlamasında bunları deyib: "Mövsümün sonunda "Everton"la müqaviləm başa çatır. "Beşiktaş" mənim evimdir. Ancak hazırkı durumda Türkiyəyə qayıtmaq kimi bir niyyətim yoxdur".

Qeyd edək ki, Cenk 2017-ci ilin yanvarından "Everton"dadır. O, bu mövsüm cəmi 1 matçda meydana çıxıb.