Fatih Terim "Benfika"nı çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, bu iddia ilə portuqaliyada "Kanal11"də yayımlanan "Lateral Esquerdo" verilişinin aparıcısı Pedro Bouças çıxış edib. O, paytaxt klubunun prezidenti Rui Koştanın yeni planında 68 yaşlı mütəxəssisin olduğunu bildirib.
Xatırladaq ki, Terim "Milan"a rəhbərlik etdiyi dövrdə Rui Koşta da həmin heyətdə yer alırdı.
Qeyd edək ki, "Benfika" bir müddət əvvəl Jorje Jesusla yolları ayırmışdı.