Türkiyənin "Qalatasaray" klubunun prezidenti Burak Elmasla komandanın baş məşqçisi Fatih Terim arasında görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, 1 saat davam edən görüşdə bəzi qərarlar qəbul olunub. Belə ki, İstanbul təmsilçisinin futbolçuları - Fatih Öztürk və Qustavo Assunçao ilə yollar ayrılacaq.
Kristian Luyindama isə icarəyə veriləcək.
Sərfəli təklif gəlməyincə Kərəm Aktürkoğlu və Markao komandada saxlanılacaq.