“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, bosniyalı qapıçı Superliqa təmsilçisi ilə anlaşıb. Bu, yeni mövsümdən yüksək liqada çıxış edəcək  “Ərzurumspor”dur. Şehiçin yaxın günlərdə Ərzuruma gedərək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Bosniya və Hersoqovina millisinin üzvü “Qarabağ”dan əvvəl – 2011-2013-cü illərdə Türkiyənin “Mersin İdmanyurdu” klubunda çıxış edib.