"Qalatasaray" heyətinə yeni futbolçu qatmağı planlayır.
Offsideplus.az xəbər verir ki, "cim-bom" bu ilin fevralında "Nyukasl№dan transfer edilən müdafiəçi DeAndre Yedlinin performasından razı deyil. Buna görə də İstanbul nəhəngi Mert Müldürü üçün "Sassuolo"ya rəsmi təklif göndərib.
Türkiyə millisinin üzvünün A Seriyası klubuyla 2024-cü ilə qədər sözləşməsi var.
Qeyd edək ki, Mert 2019-cu ildən "Sassuolo"da çıxş edir.