Türkiyənin "Beşiktaş" klubu "Liverpul"un ulduz futbolçusu Daniel Starici heyətinə qatmaq istəyir.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti mövsüm üçün hücum xəttini gücləndirməyi qarşıya əsas məqsəd qoyan "qara qartallar" 28 yaşlı Yamayka əsilli ingiltərəli futbolçu ilə razılaşmaq niyyətindədir. Klub artıq bunun üçün İngiltərə nəhəngi ilə 8 milyon avroluq sərbəst qalma müddəti məbləğini də razılaşdırıb. Ötən mövsümün ikinci yarısında icarə əsasında "Vest Bromviç"də çıxış edən hücumçunun "Liverpul"dan göndəriləcəyi istisna deyil. Kloppun siyahısında yer ala bilməyən Staric "Beşiktaş"a keçməyə yaxındır. Hətta türk azarkeşlər futbolçunun şəxsi "instagram" hesabında ona "Come to Besiktas" ifadələri yazaraq, həştəqlər açıblar.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2013-cü ildən "Liverpul"a məxsusdur.