"Qalatasaray" futbolçusu Rayan Babel ilə yolları ayırır.
Offsideplus.az xəbər verir ki, "cim-bom" 35 yaşlı oyunçunun çıxışından narazıdır. Həm də rəhbərlik niderlandlını göndərib maliyə vəziyyətini də sabitləşdirmək niyyətindədir.
Babelin sözləşməsi bu mövsümün sonu başa çatır.
Qeyd edək ki, 35 yaşlı futbolçu "Qalatasaray" karyerası ərzində 81 qarşılaşmada 14 qol 7 məhsuldar ötürmə edib.