Portuqaliya millisinin sabiq üzvü Manuel Fernandes "Kasımpaşa"ya keçəcək.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu 35 yaşlı təcrübəli futbolçunun menecerinə təklif göndərib.
Fernandesin bu təklifə müsbət baxdığı bildirilib.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü bir müddət əvvəl "Kaysərispor"dan qovulmuşdu. O daha əvvəl isə "Beşiktaş"da çıxış edib.