"Qalatasaray" Mustafa Mohamməd ilə müqaviləni uzadıb.

 Offsideplus.az xəbər verir ki, "cim-bom" icarə əsasında çıxış edən və "Zamalek"ə məxsus olan 24 yaşlı misirli hücumçunu birdəfəlik heyətinə qatıb. Adıçəkilən futbolçu ilə  2025-ci ilə qədər sözləşmə imzalanıb.

İstanbul klubu Mustafa üçün "Zamalek"ə 2022-ci ilin iyulun 1-də 4 milyon dollar transfer pulu ödyəcək.

Qeyd edək ki, Misir millisinin üzvü bu ilin fevralından "Qalatasaray"da çıxış edir.