"Trabzonspor" qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatmağı planlayır.

Offsideplus.az xəbər verir ki, "bordo-mavililər" "Sassuolo"da çıxış edən türkiyəli müdafiəçi Kaan Ayhanı almaq niyyətindədir.

27 yaşlı futbolçunun A Seriyası klubuyla sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm 10 maçta meydana çıxıb.