"Fənərbağça" Maksimlian Mayer ilə yolları ayıracaq.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" 26 yaşlı almaniyalı yarımmüdafiəçiyə özü üçün klub tapmağını bildirib.
Qeyd edək ki, Mayer bu mövsüm "Köln"dən İstanbul klubuna keçmişdi. O, bu mövsüm 9 maçta meydana çıxıb və 1 qol vurub.