"Kaysərispor" futbolçusu Manuel Fernandes ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, daha əvvəl uyğunsuz hərəkətlərinə görə heyətdən kənarlaşdırılan 35 yaşlı oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilib. Adıçəkilən portuqaliyalının sözləşməsi bu mövsümün sonu başa çatırdı.
Fernandes klubdan alacağı maaşından da imtina edib.
Qeyd edək ki, Türkiyədə daha əvvəl 2011/2014-cu illər aralığında "Beşiktaş"da çıxış edən futbolçu 2020-dən Kaysəri təmsilçisində forma geyinirdi.