2 mövsüm icarə əsasında "Beşiktaş" klubunda çıxış edən Anderson Taliskanın yeni klubu bəlli olub.
Offsideplus.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı futbolçu icarə əsasında Çin klubunda çıxış edəcək. Oyunçu sözügedən ölkənin "Quancou Everqrand" klubu ilə 2018-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu hazırda Portuqaliyanın "Benfika" klubuna məxsusdur.