Vitor Pereyra ilə yolları ayıran "Fənərbağça"nın yeni çalışdırcısının kim olacağı maraqla gözlənilir.
Offsideplus.az Kamerun mediasına istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" 45 yaşlı surinam əsilli niderlanlı mütəxəssis Klarens Zeedorfa mövsümünün sonuna kimi işləmək üçün təklif göndərib.
Sabiq futbolçunun son iş yeri Kamerun yığması olub.O, daha əvvəl isə "Milan"," "Şenzen" və "Deportivo"nu çalışdırıb.
Xatırladaq ki, o, futbolçu kimi "Ayaks", "Real" ( Madrid ), "Milan" və "İnter" kimi məşhur klublar da çıxış edib.