"Fənərbağça" baş məşqçisi Vitor Pereyrayla yolları ayırıb.

 Offsideplus.az xəbər verir ki, 53 yaşlı portuqaliyalı mütəxəssis ilə qarşılıqlı anlaşma əsasında müqaviləsinə xitam verilib.

Pereyra bu il "sarı-lacivərtlilər"ə  gəlmişdi. O, daha əvvəldə 2015/2016-cı illərdə İstanbul klubuna rəhbərlik edib.

Qeyd edək ki,  "Fənərbağça" bu mövsüm Türkiyə Super Liqasında  17 turdan sonra topladığı  28 xalla 5-ci yerdə qərarlaşıb.