"Fənərbağça" baş məşqçisi Vitor Pereyrayla yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı portuqaliyalı mütəxəssis ilə qarşılıqlı anlaşma əsasında müqaviləsinə xitam verilib.
Pereyra bu il "sarı-lacivərtlilər"ə gəlmişdi. O, daha əvvəldə 2015/2016-cı illərdə İstanbul klubuna rəhbərlik edib.
Qeyd edək ki, "Fənərbağça" bu mövsüm Türkiyə Super Liqasında 17 turdan sonra topladığı 28 xalla 5-ci yerdə qərarlaşıb.