"Beşiktaş"ın futbolçusu Nəcip Uysal sıradan çıxıb.

 Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçu dünən keçirilən "Fənərbağça"yla derbi matçında zədələnib.

Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq bilinmir.

Qeyd edək ki, Nəcip Uysal bu mövsüm "qara qartallar"ın heyətində 13 matçda 1 məhsuldar ötürmə edib.