"Qalatasaray"ın futbolçusu Mbaye Diane sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı seneqallı hücumçu Super Liqanın 17-ci turunda "Başakşəhər"lə ( 1:1 ) matçın 62 dəqiqəsində zədələnib.
Həkim müayinəsindən sonra futbolçunun vəziyyətinə aydınlıq gələcək.
Qeyd edək ki, 2019-cu ilin yanvarından "cim- bom"da çıxış edən Diane bu mövsüm 23 oyunda 4 qol və 2 məhsuldar ötürmə edib.