"Hatayspor" futbolçusu Əmrə Çolakla yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçunun müqaviləsinə xitam verilib.
Çolakın müqaviləsi 2023-cü ildə başa çatırdı. O, bu mövsüm Super Liqada 9 matçda meydana çıxıb.
Qeyd edək ki, Əmre Çolak karyerası ərzində "Qalatasaray", La Liqada "Deportivo", "Əl-Vahda" və "Fatih Karagümrük"də çıxış edib.