Ezcan Alioski karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu "Trabzonspor"a keçmək istəyir. Hazırda "Əl-Əhli"də çıxış edən makedoniyalı oyunçu Səudiyyə Ərəbistan təmsilçisində xoşbəxt deyil.
Alioskinin hazırkı klubuyla sözləşməsi 2023-cü ildə başa çatır.
Qeyd edək ki, o, bu yay "Lids"dən "Əl-Əhli"yə keçmişdi.