Uğursuz nəticələrdən dolayı baş məşqçisi Vitor Pereyra ilə yolları ayırmağa hazırlaşan "Fənərbağça" bu posta dünyaca məşhur mütəxəssisi gətirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniya yığmasının sabiq çalışdırıcısı Yoahim Lövə təklif göndərib. "A Spor" nəşrinin yazdığına görə, 61 yaşlı alman mütəxəssis bu təklifi geri çevirib və mövsümün ortasında hər hansı bir komandanın "sükanı arxasına" keçmək niyyətində olmadığını bildirib.
"Fənərbağça"nın alternativi isə təcrübəli xorvatiyalı baş məşqçi Slaven Biliçdir.
Qeyd edək ki, Löv 1998/99-cu illərdə "sarı-lacivərtlilər"i çalışdırıb.