"Qalatasaray" qışda heyətinə məşhur futbolçu qata bilər.
Offsideplus.az xəbər verir ki, Fransa mediasının məlumatına görə, İstanbul nəhəngi PSJ-nin qışda yollarını ayıracağı 29 yaşlı fransalı müdafiəçisi Leyvin Kurzavanı transfer etmək istəyir. Lakin futbolçu paytaxt klubundan getmək niyyətində deyil. Adı çəkilən oyunçunun Paris klubuyla 2024-cü ilə kimi müqaviləsi var.
Kurzava bu mövsüm PSJ-nin heyətində 1 maçta meydana çıxıb.
Qeyd edək ki, o, 2015-ci ildən PSJ-də top qovur.