Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Vitor Pereyra ilə yolları ayırmağa hazırlaşır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 53 yaşlı mütəxəssislə davam etmək niyyətində deyil. Buna səbəb onun rəhbərliyi altında "sarı-lacivərtlilər"in göstərdiyi uğursuz çıxış və ard-arda alınan məğlubiyyətlərdir. Yayılan məlumatlara görə, "Fənərbağça"nı Super Liqanın növbəti turu çərçivəsində "Beşiktaş"la matça başqa çalışdırıcı çıxara bilər.

Belə ki, klub rəhbərliyinin Pereyra ilə görüşəcəyi və onu vəzifəsindən göndərəcəyi bildirilir. Portuqaliyalının "kreslo"suna isə Slaven Biliç otura bilər. Bir müddətdir ki, adı "Fənərbağça" ilə hallanan xorvatiyalı çalışdırıcının Super Liqa təmsilçisinin "sükanı arxasına" keçəcəyi gözlənilir.

Qeyd edək ki, Vitor Pereyra bu ildən "kanarya"nı çalışdırır.