"Beşiktaş"ın futbolçusu Fabrise Nsakala irqçiliyə məruz qalıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı konqolu müdafiəçiyə "instaqram" vasitəsiylə bir izləyici meymun emojosi ataraq "go home" ( evinə get ) sözləri yazıb.
Futbolçu həmin yazını "instaqram" hekayə bölümündə paylaşıb.
Xatırladaq ki, İstanbul təmsilçisi Nsakalanı bir müddət əvvəl heyətdən kənarlaşdırmışdı.