Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu sıralarına qatmağa hazırlaşır. "Sarı lacivərtlilər"in baş məşqçisi Vitor Pereyra "Barselona"lı həmkarı Xavi Ernandesin planlarında yer almayan 24 yaşlı niderlandlı futbolçunu sərəncamında görmək istəyir. 

Kataloniya klubuyla müqaviləsinin müddətinin bitməsinə 6 ay vaxt qalan De Yonqun komandadan ayrılacağı istisna edilmir.

Qeyd edək ki, adıçəkilən oyunçu 2019-cu ildə "Ayaks"dan "Barselona"ya keçib.