"Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın istefa verib.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis klub prezidenti Əhməd Nur Çebi ilə görüşdükdən sonra öz ərizəsini rəhbərliyə təqdim edib.
"Qara qartallar" bu mövsüm Yalçının rəhbərliyi altında Super Liqada geridə qalan 15 turda topladığı 21 xalla 9-cu sırada yer alır. Komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunun hamısında da məğlub olmuşdu.
İstanbul klubunu müvəqqəti olaraq aşağı yaş qruplarında məşqçi işləyən Öndər Karavəli çalışdıracaq.
Qeyd edək kiç Sərgən Yalçın 2020-ci ilin yanvarından "Beşiktaş"a rəhbərlik edirdi.