Əvvəllər "Fənərbağça"da menecer kimi çalışan Hasan Çetinkaya maraqlı açıqlamasıyla diqqətləri üzərinə çəkib.
Offsideplus.az xəbər verir ki, o, Madrid "Real"ının belçikalı ulduzu Eden Hazardın illər əvvəl İstanbul təmsilçisinə xüsusi simpatiyasının olduğunu və nə vaxtsa bu klubda forma geyinəcəyinə söz verdiyini dilə gətirdiyini bildirib.
Çetinkaya "Lill"(Fransa) klubunda işləyərkən, Hazardla yaxşı dostluq əlaqələrinin olduğunu söyləyib:
"Lill"də çalışarkən, Hazardla yaxın dostluq münasibətlərimiz var idi. O, bir dəfə mənə "Fənərbağça"da oynayacağam" sözünü vermişdi. Düşünürəm ki, indiki halda bu, alınan məsələ deyil. Ancaq bilmək olmaz, bəlkə də Eden karyerasını "Fənərbağça"da sonlandıracaq".
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildə "Çelsi"dən "Real"a transfer edilib. O, bu yaxınlarda zədələnərək uzun müddətə sıradan çıxıb.