Portuqaliya millsinin sabiq üzvü Luiş Nani yenidən "Fənərbağça"ya qayıtmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bir müddət əvvəl MLS təmsilçisi "Orlando Siti"dən ayrılan 35 yaşlı futbolçu "sarı-lacivərtlilər"ə geri dönmək istəyinin olduğunu bildirib.

Nani daha əvvəl 2015/2016 mövsümündə İstanbul klubunun şərəfini qoruyub.

Qeyd edək ki,  adı çəkilən oyunçu "Fənərbağça" foması ilə 47 maçta 13 qol və 12 məhsuldar ötürmə etmişdi.