“Fənərbaxça” baş məşqçisi Vitor Pereyra ilə yola davam etməyəcək.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacivərtlilər"in prezidenti Ali Koç portuqaliyalı mütəxəssisin  işindən narazıdır. Ölkə çempionatının son turunda xal itkisi və liderdən 12 xal geri qalması buna səbəb olub. 

İstanbul təmsilçisinin baş məşqçiliyə əsas namizədi "Fatih Karagümrük"ü çalışdıran Françesko Fariolidir.

 

 Qeyd edək ki, "Fənərbağça" Super Liqada 24 xalla 4-cü pillədə qərarlaşıb.