"Real"ın yarımmüdafiəçisi İsko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, "Fənərbağça" Məsut Özilin komandadan ayrılması halında, 29 yaşlı ispaniyalı futbolçunu heyətinə qatmağa çalışacaq.
İskonun Madrid klubu ilə hazırkı sözləşməsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, İsko 2013-cü ildən "kral klubu"nun şərəfini qoruyur. O, bu mövsüm 7 maçta 1 qol vurub.