Arzuolunmaz nəticələrə baxmayaraq, Sərgən Yalçınla yola davam etməyi qərara alan "Beşiktaş" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Kalyari"nin şərəfini qoruyan Dieqo Qodini rənglərinə bağlamağa çalışır. "Qartallar"ın çalışdırıcısı Sərgən Yalçın 35 yaşlı uruqvaylı müdafiəçini sərəncamında görmək niyyətindədir. 

İtaliya mətbuatında yayılan xəbərlərə görə, "Beşiktaş" Qodin üçün qarşı tərəfə 1,5 milyon avro təklif edib. Adəçəkilən futbolçu özü də A Seriyası klubunda qalmaqda maraqlı deyil.

Qeyd edək ki, "Atletiko"(Madrid) və "İnter" kimi klublarda çıxış etmiş Qodin ötən ildən "Kalyari"də top qovur.