"Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçının postuna qalıb-qalmayacağı Türkiyə futbol camiəsində ən müzakirə olunann məsələlərdən biridir.

Offsideplus.az xəbər verir ki, onun "qartallar"ın "sükanı arxası"ndan ayrılması məsələsini "alovlandıran" isə dünən Super Liqanın 14-cü turunda "Girəsunspor"a 0:4 hesablı məğlubiyyətdir. 

"Beşiktaş" 49 yaşlı mütəxəssisin rəhbərliyi altında son 13 matçda 11 dəfə məğlubiyyətlə üzləşib. Dünənki oyundan sonra təşkil olunan mətbuat konfransında Sərgən Yalçın klubun prezidenti Ahmet Nur Çebi ilə görüşəcəyini və postundan gedib-getməyəcəyi ilə bağlı qərar verəcəyini bildirib.

Bildirək ki, Yalçın ötən ildən İstanbul təmsilçisini çalışdırır.