"Beşiktaş"ın qapıçısı Mərt Günok sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiper Super Liqanın 14-cü turunda "Girəsunspor"la matça dizindən zədə alıb.
Bununla da Mərt mövsümün qalan hissəsində forma geyinə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Girəsunspor" oyunu qonaqların ( 0:4 ) hesablı qələbəsi ilə başa çatıb.