"Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiç "Konyaspor"la müqaviləsini yeniləyib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı ilə 2023-cü ilə kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Şehiç 2013/2018-ci illər aralığında Ağdam klubunun şərəfini qoruyub.