"Beşiktaş" qışda heyətinə 3 futbolçu qatacaq.

Offsideplus.az xəbər verir ki, "qara-qartallar" Cenk Tosun, Anderson Talişka və Dieqo Qodini transfer etmək niyyətindədir. Adı çəkilən hər üç futbolçu klublarından ayrılmağa hazırlaşırlar.

Qeyd edək ki, Talişka 2016/2018-ci illər aralığında icarə əsasında "Beşiktaş"da çıxış edib. Cenk isə 2017-də qış transfer dönəmində "siyah-bəyəzlılar"dan "Everton"a keçmişdi.